Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Ölkənin sosial həyatında çox ciddi gərginlik gözlənilir

Dövlət investisiyalarının azalması nəticəsində çoxsaylı iş yerləri bağlanıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə,ÿonun 8835,3 mln. manatı və ya 61,2 faizi məhsul istehsalı ilə məşğul olan obyektlərə, 4689,5 mln. manatı xidmət sahələri üzrə obyektlərə, 914 mln. manatı isə ümumi sahəsi 1634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 34 faizi dövlət, 66 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 73,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 56,9 faizni təşkil edib.

Əsas kapıtala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9ÿ737,7 mln. manat, bank kreditləri 1ÿ094,8 mln. manat, büdcə vəsaitləri 2ÿ703,5 mln. manat, büdcədənkənar fondların vəsaitləri 253,3 mln. manat,əhalinin şəxsi vəsaitləri 470 mln. manat, digər vəsaitlər isə 179,5 mln. manat təşkil edib.

Dövlət investisiyalarının azalması ilk növbədə əhalinin sosial-iqtisadi həyat səviyyəsinə təsir edir. Əksər sektorlarda bu tip layihələrinin azalması və dayandırılması paralel şəkildə iş yerlərinin minimuma endirilməsi və ixtısarlarla nəticələnir. Sosial və iqtisadi sahələrin inkişafı üçün maliyyə mənbələrinin azalmasının rəsmi şəkildə bəyan edilməsi konkret nə vəd edir?

Iqtisadçı-ekspert Qadir Ibrahimli yada salır ki, son illərdə yaradılan iş yerlərinin əksəriyyəti investisiya layihələri əsasında fəaliyyət göstərir. Yəni onlar daimi, davamlı iş yerləri hesab olunmur. Ekspert sözügedən iş yerlərinin təmir-tikinti işində, investisiya layihələri çərçivəsində yaradıldığını vurğulayaraq, onlar dayanandan sonra ölkədə işsizlərin sayının da artdığını bildirir: “Dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda belə bir məsələni riskli hesab etmək olar. Sosial və iqtisadi sahələrin inkişafı baxımından maliyyə mənbələrinin azalması yaxşı heç nə vəd etmir. Təbii ki, bu da ölkənin sosial həyatında çox ciddi gərginlik yaradacaq”./azadlıq/
1614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16,