Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Hicab məhbusunun atası vəfat edib

Hicab məhbusu Hacı Nahid Qəhrəmanovun atası dünyasını dəyişdi.

“Azadxeber.net” saytına daxil olan məlumata görə, hicab məhbusu Hacı Nahid Qəhrəmanovun atası vəfat edib. Məlumatı hicab məhbusunun ailəsinə yaxın olan şəxs verib. Məlumatda Nəsib Qəhrəmanovun, himayəsində 5 azyaşlı uşağı olan oğlunun həbsinə tab gətirə bilmədiyi üçün dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulub. Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib. Həbs edilərkən Nahid Qəhrəmanovun üstündə 17 min ABŞ dolları olub. Pulun haradan gəldiyinin istintaqda dəqiqləşdirildiyi, Nahid Qəhrəmanovun həbs olunmamışdan əvvəl ailəsinə məxsus torpaq sahəsini satdığı bildirilir. Oktyabrın 21-də Nərimanov rayon Məhkəməsi Qəhrəmanovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.


Allah rəhmət etsin!
1885 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber