Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Hakimiyyətin növbəti “erməni nağılı”

Rejim təmsilçilərinin “münəccim”liyinin arxasında nə dayanır?

Bir neçə gündür YAP hakimiyyətinin təzyiqi qalxıb. Təbii ki, bu səbəbsiz deyil. ABŞ Konqressi Azərbaycan hakimiyyətinə qarşı sanksiylar tətbiq etməyə hazırlaşır. “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsini Konqressin nüfuzlu nümayəndələrindən biri, Helsinki Komissiyasının sədri, Respublikaçı konqresmen Kris Smit təqdim edib.

Artıq bir neçə gündür hökumət təmsilçiləri “erməni” təbliğatına start veriblər. Yenə də bu layihənin anti-Azərbaycan xarakterli olduğunu, qərəzdən doğduğunu, erməni lobbisinin təsiri ilə hazırlandığını söyləyirlər. Oqtay Əsədov, Səməd Seyidov, Siyavuş Novruzov və digərləri sübut etməyə çalışırlar ki, Kris Smit ermənipərəstdir, erməni lobbisinin təsiri altındadır və bu layihəni də ermənilərin sifarişi ilə hazırlayıb.

Həmişəki kimi “münəccimlik” edərək, daxili auditoriyanı çaşdırmağa, insanlara yanlış informasiya verməyə başlayıblar. Özləri də başa düşür ki, bu qanun layihəsi çox sərtdir və hakimiyyətə yaxşı heç nə vəd etmir.

Amma indi informasiya əsridir və insanlar az müddət ərzində ətraflı məlumat ala bilirlər. Tutaq ki, Kris Smit ermənipərstdir. Axı, Helsinki Komissiyası təkcə Kris Smitdən ibarət deyil. Qanun layihəsinin hazırlanmasında 9 senat, 9 Konqressmen, Pentaqon və Departamentin nümayəndəsi iştirak edib. Eyni zamanda Helsinki Komissiyası yeganə qurumdur ki, hər iki palatada təmsil olunur. Demək istəyirk ki, bu layihə Kris Smitin özfəaliyyəti ola bilməz. Digər tərəfdən qanun layihəsi ümumi müzakirəyə çıxarılacaq və prezidentin stoluna qədər gedib çıxa bilər. Ümuiyyətlə, dünyanın ən nəhəng ölkəsini erməni lobbisinin təsiri altında olmaqda ittiham etmək gülüncdür.

Amma Azərbaycan hökumətinin simasında başqa “nümunə”lərin də şahidiyik. Almaniya Bundestaqı hakimiyyəti tənqid edən qətnamə çıxaranda da, Avropa Parlamentində sanksiya məsələsi gündəmə gələndə də, ATƏT seçki müşahidəçiliyindən imtina edəndə də hakimiyyət eyni “arqument”lərdən yapışmışdı. Necə ola bilər ki, cırtdan bir Ermənistan dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatlarını, ən məşhur qəzetləri, ən nəhəng beynəlxalq təşkilatları öz təsiri altına sala bilir? Azərbaycna hakimiyyəti bu biabırçı təbliğatdan utanmırmı? Artıq hökumət təmsilçilərinin “ermənipərəst”, “erməni lobbisi” kimi təbliğatı lətifəyə çevrilib, karikaturalara mövzu olub.

ABŞ-da belə bir qanun layihəsinin hazırlanması isə təəccüblü görünməməlidir. Əvvəla, ona görə ki, hakimiyyət bütün vədlərinə xilaf çıxdı, öhdəliklərə əməl etmədi, etimad limitini bitirdi. İkincisi isə ABŞ prezidenti Barak Obama çıxşı zamanı bildirdi ki, Azərbaycanda fəqrli fikrə basqı var və belə ölkələr demokratiyaya təhdiddir. Məhz bu çıxışa görə hökumət mətbuatı “Obamanın iki üzü” başlıqlı məqalə də yazmışdı. Siyavuş Novruzov isə Barak Obamanın erməni lobbisinin təsiri altında olduğunu söyləmişdi.

Yəni, bu gün Helsinki Komissiyasının hazırladığı qanun layihəsinə “erməni” donu geynidirənlər, əvvəllər də bu “taktika”dan istifadə ediblər. Martin Şultsu, Ann Broseri, Yaqlandı da ermənipərəst adlandırmışdılar. İndi də Azərbaycan cəmiyyətinin tanımadığı Kris Smiti “ermənipərəst” adlandırmaqla, qanun layihəsinə kölgə salmaq istəyirlər.

Əsas odur ki, qanun layihəsində toxunulan məqamlar Azərbaycandakı reallığa uyğundur və “erməni lobbisi” təbliğatı bu çərçivəyə girmir. Və hökumət ittihamlara heç bir əssalı cavab da verə bilmir. Çünki, faktların qarşısında hamı acızdir. Ölkədə siyasi məhbuslar var, söz azadlığı pozulur, seçkilər saxtalaşdırılır, məhkəmələr müstəqil deyil, korrupsiya tüğyan edir, ölkə sərvətləri oğurlanaraq offşorlara daşınıb və.s Bütün bunları hansısa ermənipərəst konqressmen yox, ölkə vətəndaşı da bilir və deyir.

Samir
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24