Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

“İlqar Əliyevin əlində ciddi informasiyalar olub”

Məlum olduğu kimi, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev dekabrın 20-də intihar edib. O, cəza çəkdiyi kamerada özünü asıb.

Məsələ ilə bağlı keçmiş MTN-çi Sülhəddin Əkər AzNews-a bildirib ki, İ.Əliyevin intihar olayı araşdırılmalıdır: “Araşdırılma aparılmalıdır ki, İlqar Əliyev olayında zorlanma var, yoxsa, öldürülüb və sonradan asılma var? İlk növbədə bu aydınlaşdırılmalıdır. Əgər gerçəkdən də intihar, özünə qəsd varsa, bunun səbəbi nədir? Hansı ciddi səbəb olub ki, o özünə qəsd edib? Hələlik işin bütün halları ilə tanış deyilik. Gərək, hadisə yerindən hüquq müayinəsi olsun”.

Sabiq MTN-çi hesab edir ki, İ.Əliyevin istər qurumda tutduğu vəzifəyə, istərsə də şəxsi əlaqələrinə görə geniş imkanları olub: “Və böyük ehtimalla onun əlində ciddi informasiyalar olub. Məlumat təhlükəli bir şeydir. O insana həm güc verir, eyni zamanda onun əleyhinə işləyir”.

Xatırladaq ki, mərhum polkovnik barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi.
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP