Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Nardaran Ağsaqqallar Şurasının üzvü şərlənərək həbs edildi

Bir belə hadisələrdən sonra hansı ağıllı evində silah saxlayar? Zalım rejim (qabaqcadan yerləşdirdikləri silahlar) günahsız insanların evindən çıxartdığı silahları bir yerə toplasan Qarabağda bir ay həmin silahlarla vuruşmaq olar...

Bakının Nardaran qəsəbəsində daha bir nəfər saxlanılıb.

“Report”un xəbərinə görə, Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən tutulub.

Onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah və qadağan edilmiş dini ədəbiyyat tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə cinayət işi başlanılıb, S.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
1848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35
Bakıda