Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

“Dollar 5 manata qədər qalxacaq” – Oqtay Haqverdiyev

“Dollar bundan sonrakı mərhələdə nəinki 2 manat, hətta ondan da yuxarı qalxa bilər. Söhbət Mərkəzi Bankın pul siyasətini necə aparmağından asılıdır”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert, Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş müdiri Oqtay Haqverdiyev deyib. Ekspertin sözlərinə görə, dollar daha yüksək məbləğə qədər qalxa bilər:

“Dolların məzənnəsi sərbəst buraxılsa, o zaman ABŞ valyutası sürətlə gəlib öz məzənnəsini tutacaq. Dolların real qiyməti də, mənim hesablamama görə, 3 manatdan beş manata qədərdir. Yəni dollar hətta beş manata qədər qalxa bilər və indiki halda bu real görünür”.

Oqtay Haqverdiyev həmçinin qeyd edib ki, hökumət dolların qalxmasına görə maaşları artırmayacaq:

“Əgər Mərkəzi Bank yeni məzənnəyə keçdiyini elan edirsə, bunun qarşısını necə ala bilər ki?! Mümkünsüz görünür. Amma dolların burada öz real qiymətinə çatması üçün təxminən bir-iki il keçməlidir. Çünki bu daha çox inflyasiya və devalvasiyaya səbəb ola bilər. Onlar isə buna gedə bilməzlər. Maaş və təqaüdlər qalxsa, qiymətlər daha da sürətlə qalxacaq. Belə olan halda da aparılan pul siyasətinin də bir nəticəsi olmayacaq”.

Qeyd edək ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edir. Həftəsonu  isə 1 dollar 1.0499 manat, avro isə 1,1394 manat olmuşdu.


1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı