Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Bakı marketlərində basabas başladı: hamı mal alır…

Hazırda Bakının əksər marketlərində əsl ajiotaj hökm sürür.

Manatın dollara nisbətən 50 faizədək ucuzlaşması xəbərindən sonra paytaxt sakinləri mağazalara üz tutub.

Əlindəki manatdan xilas olmaq istəyən əhali mağazalardan əsasən ərzaq məhsulları, məişət texnikası və gündəlik tələbat malları alır.

Bir çox mağazalarda piştaxtalar sözün əsl mənasında hücuma məruz qalıb.

Hökumət isə bəyan edib ki, devalvasiya baş versə də ərzaq mallarının qiymətində sıçrayışlı artım olmayacaq. Halbuki məsələn, siqaret artıq kəskin bahalaşıb. Dünən 2 manat 20 qəpiyə satılan “Kent 4” markalı siqaret bu gün səhər artıq 2 manat 50 qəpikdən satılıb.

(virtualaz)

1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber