Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Eldar Sabiroğlunun qiyamçı oğlu prokurorluqdan çıxarıldı

Zərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

İcra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar olaraq, hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Rüfət Səfərov dekabrın 20-də “Azadlıq” radiosunun redaksiyasına müraciət edərək prokurorluq orqanlarındakı vəzifəsindən könüllü istefa verdiyini bildirib. O, bu addımını indiki iqtidara etiraz əlaməti kimi atdığını deyib.
1142 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:41