Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Qiyamçı müstəntiqin evində axtarış aparıldı

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilib

Bu barədə Moderator.az-a Eldar Sabiroğlu məlumat verib.

Eldar Sabiroğlu Moderator.az vasitəsilə ölkə başçısına bir daha müraciət edib: "Bir neçə dəqiqə əvvəl oğlum Rüfət mənə zəng edərək bildirdi ki, ata, yoxlama komissiyası gəlib və mənim əmlakımı, kompüterimi, telefonlarımı müsadirə ediblər. Qarşılığında sənəd tələb etsəm də heç bir sənəd göstərmədilər və hesab edirəm ki, bu da qeyri-qanunidir. İndi xəbər aldım ki, prokurorluq işçiləri Zərdabda kirayədə qaldığım mənzilə axtarışa gedir. Mən anlaya bilmirəm, oğlum hansı cinayəti törədib ki, ona bu formada münasibət göstərilir. Mən onun tutduğu yol haqqında öz fikrimi bildirmişdim. Tutduğu yolun cavabı olaraq da onu prokurorluq orqanlarından xaric etdilər. Belə etməklə başqa hansı məqsədləri güdürlər? Həbs etməkmi istəyirlər? Buyursunlar, onu da etsinlər. Ancaq yenə təkrar soruşuram, oğlum hansı ağır cinayəti törədib? Bəlkə dövlət çevrilişinə cəhd edib və ya hansısa silahlı münaqişə törədib?
1286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01
0 yaşlı q