Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

İran İslam Respublikasının raket gücü açıqlanıb (Foto)

İran İslam Respublikasının “Mehr” xəbər agentliyində ölkənin raket texnologiyası ilə bağlı məqalə dərc edilib.

İran İslam Respublikasının tam yerli istehsalı olan raketləri Avropanın ən uzaq nöqtələrinə, Asiyanın isə 70%-dən çoxuna çatmaq qabiliyyətinə malikdir.

Məqalədə həmçinin İran İslam Respublikasının bütün raketlərinin təsnifatı verilib:

1 - Uzaqmənzilli ballistik raketlər: “Şəhab 4”, “Şəhab 5”, “Şəhab 6”, “Səcil”, “Səfir” peyki və “Kövsər” layihəsi.

2 - Ortamənzilli ballistik raketlər: “Şəhab 3”, “Fəcr 3”, “Aşura” və “Qədr 110”

3 - Qısamənzilli ballistik raketlər: “Şəhab 1”, “Şəhab 2” və “Fəth 110”.

4 - Gəmi əleyhinə ballistik raket: “Xəlice Fars (Fars körfəzi)”.

5 - Topçu raketlər: “Səmid”, “Tondər 69”, “Zalzal 1”, “Zalzal 2” və “Zalzal 3”.

6 - Yer-hava raketləri: “Mehrab”, “Şahin”, “Misaq 1”, “Misaq 2”, “Səyyad 1”, “Şəhab saqib” və “Mersad”

7 - Helikopter əleyhinə raket: “Qaem”.

8 - Tank əleyhinə idarə olunan raketlər: “Saiqə”, “Rəd”, “Tufan”, “Tufan 2”, “Tufan 5”, “Tosən” və “Dəhlaviyə”.

9 - Gəmi əleyhinə raketlər: “Nur”, “Kövsər”, “Qader” və “Zəfər”.

10 - Cruise raketləri: “Nəsr 1” və “Mesqat (hazırda inkişaf etdirilir)”.

11 - Qanadsız raket “Qiyam”.

12 - Hava-yer raketləri “Şəfəq”, “Şahin 3”, “Star” və “Əsr 67”.

13 - Hava-hava raketləri: “Fater” və “Səcil”.

14 – Torpedolar: “Kose”, “Yasin” və “Hut”.

15 - Katyuşalar: “Arəş”, “Fəcr 3”, “Fəcr 5”, “Fələq 1”, “Fələq 2”, “Oqab” və “Haseb”.

ABNA

1411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...