Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

Putin: "Yeni SSRİ qurmaq planlarımızyoxdur"

Rusiya prezidenti Vladimir Putin yeni Sovetlər İttifaqını yaratmaq istəmədiyinə kimsəni inandıra bilmədiyini etiraf edib.

"Rossiya 1" televiziya kanalında yayımlanan sənədli filmdə Putinin müsahibəsi təqdim olunub. Putin müsahibəsində Qərb dövlətlərinin Ukrayna münaqişəsində bu ölkənin maraqlarını düşünməkdən çox Sovet İttifaqının yenidən qurulmasını qarşısını almağa çalışdıqlarını bildirib.

"Hərçənd ki, bizim SSRİ-nin qurmaq planlarımız yoxdur və buna kimsəni inandıra bilmirik. Lakin, Qərb demokratiya modelini Şimali Afrika və Yaxın Şərqə zorla qəbul etdirməyə çalışır. Yaxı ilə pisdən başqa bölgü olmayan bu konsepsiyanı dinlərə və adətləri fərqli mədəniyyətə zorla qəbul etdirmək olmaz" deyə Putin bildirib.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP