Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Həmsədrlər Bakıya piti yeməyə gəliblər

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Bakıdadır. Hənmsədrlər bu gün İ.Əliyevlə görüşəcəklər.
Danışıqların yekunlaşdıqdan sonra həmsədrlər Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin İrəvana səfər edəcəkləri planlaşdırılıb.
Görüşlərdə həmsədrlər tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirəsini davam etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında noyabrın 19-da Vyanada baş tutmuş görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təmasların intensivləşdirilməsi barədə razılığa gəliblər.
Bundan başqa, dekabrın 4-də Kiyevdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Görüşün yekunlarına dair nazirlər gələn ilin yanvarın sonunda növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
1707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:55