Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Baş nazirə şillə vuran general öldü

Türkiyə əski Jandarma komandanlarından Teoman Koman 77 yaşında öldü.
Rifah Partiyasının hakimiyyətdən düşürüldüyü 28 fevral postmodern çevriliış işində həbs edilmiş, daha sonra da səhhəti ilə bağlı təxliyyə edilmiş keçmiş Jandarma komandanı Teoman Koman Türkiyə tarixinə baş nazirə şillə vurmuş general kimi düşüb.
Həmin məşhur olay 1960-cı il dövlət çevrilişindən sonra baş vermişdi. O vaxt Koman devrilmiş və həbs edilmiş baş nazir Adnan Menderesin yerləşdirildiyi Yassıadanın rəisi polkovnik Tarık Gurayın yavəri idi.
O illərdə gənc Koman tutuqlulara qorxunc işgəncələriylə dillər əzbəri olan o məşum adanın ən əzazil adamlarından biri kimi ad çıxarmışdı.
Lakin işgəncəçi yavəri bütün Türkiyədə məşhur edən bu “qəhrəmanlığı” deyidi-o illərdə siyasi dustaqlara işgəncə verilməsi o qədər kütləvi hal almışdı ki, ayrı-ayrı isimlər önə çıxa bilməzdi.
Komanı o zalımlar xorunun içərisindən fərqləndirən başqa bir "şücaəti" olmuşdu - o, devrilmiş baş nazir Adnan Menderesə şillə vurmuşdu.
Müsəlman öldüyü zaman şəriətən ona cənazə namazı qıldırılır və o əsnada namazı qıldıran imam camaata səslənir:
-Mərhumu necə tanıyırdınız? (Türkiyə türkcəsində: 'Merhumu nasıl bilirdiniz?').
İmamın bu sualına Türkiyə sosial şəbəkələrdə cavab verib:
- "İYİ BİLMEZDİK".
Türkiyə şəhid baş nazirinə əl qaldırmış o generalı əfv etmədi.
Beləcə, ölkəsi general rütbəsinə qədər yüksələ bilmiş bir fərdini son mənzilinə halallıqsız yola saldı.
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı