Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

İrandan ABŞ-ın viza rejiminə sərt etiraz

ABŞ-ın viza qaydalarını sərtləşdirməsi İranda sərt reaksiyalara səbəb olub. İran xarici siyasət idarəsi ABŞ-ın son 5 ildə İraq, Suriya, İran və Sudanı ziyarət edənlərdən viza tələbinin arxasında İsrailin olduğunu iddia edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cəbiri Ənsari dövlət televiziyasına müsahibəsində Tel-Əvivin İranla Qərb arasında əldə olunan nüvə razılaşmasını pozmaq istədiyini vurğulayıb.

Onun sözlərinə görə, mübahisəli qanun layihəsinin arxasında “Sionist lobbi” durur.

Xatırladaq ki, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Monitor” saytına cümə günü verdiyi açıqlamasında ABŞ-ın viza zəruriliyi siyahısına İranın da salınmasını axmaqlıq adlandırmışdı./axar/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi