Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

Tale Bağırzadənin vəkili şikayət etdi

«Müsəlman Birliyi Hərəkatı» təşkilatının həbsdə olan sədri Tale Bağırzadə barəsində Nəsimi rayon Məhkəməsinə şikayət verilib.

Bu haqda "Azadlıq" radiosuna onun vəkili Cavad Cavadov bildirib.

Vəkil deyir ki, Tale Bağırzadəyə vəkili ilə görüşə imkan verilməməsindən, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasından, həmçinin 24 saatdan artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılmasından məhkəməyə müraciət edilib.

Tale Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Dekabrın 2-də məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
14.12.17, 08:10