Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

İstefa verən müstəntiq aclığı davam etdirir: “Etirazım bütün haqsızlıqlaradır”

Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov (məşhur YAP-çı, keçmiş deputat və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğlu) aclıq aksiyasını davam etdirir. Bu barədə o, “Azadlıq” qəzetinə müsahibəsində bildirib. R.Səfərov müsahibəsində nənəsinin aclığı dayandırmaq üçün ona etdiyi müraciətə də münasibət bildirib:

– Aclıq aksiyasına başlamısınız. İndi vəziyyətiniz necədir, aclığı davam etdirirsizmi?

– Bəli, davam etdirirəm. Dünəndən (dekabrın 21-də) aclıq aksiyasına başlamışam, baxmayararaq ki, hazırda xəstəyəm, soyuqlamışam. Aclığı davam etdirəcəyəm.

– Nənəniz də bu haqda sizə müraciət ünvanlayıb. Onu da eşitmək istəmirsiniz?

– Düzü nənəmin sözləri ürəyimi ağrıtdı, mən də nənəmi çox istəyirəm. Amma təəssüf edirəm. Gərək nənəm belə müraciət etməyəydi. Yəqin o, məni başa düşər.

– Rəsmi müraciət etmisizmi aclıqla bağlı? Təcili tibbi yardımdan baş çəkən olubmu?

– Yox düzü hec kimə yazılı müraciət etməmişəm. Tibbi yardımdan da gələn yoxdur.

– Aclığı harda keçirirsiniz?

– Hazırda Zərdab şəhərindəyəm. Açlıq aksiyasını da burda keçirirəm. Ümumiyyətlə, bəziləri elə qələmə verirlər ki, guya mənim aclıq keçirməyim prokrorluq orqanlarından qovulmağıma görədir. Mən istefa ərizəsi ilə müraciət edəndə hər şeyi nəzərə almışam. Mənim etirazım bütün haqsızlıqlara qarşıdır.

– İşinizin yoxlanması ilə bağlı məlumat vermişdiniz. Onun sonu nə oldu?

– Yoxlamalar davam edir. Mənim özümü də çağırdılar. Amma getməkdən imtina etdim. Həm səhhətim imkan vermir, həm də mənim orda olmağım yəqin ki, heç nəyi dəyişməyəcək.

– Yoxlamaya gələnlərin bəzi şəxsi əşyalarınızı götürdüyünü demişdiniz…

– Dünən iş yerimdəki, şəxsi notbukumu götürdülər, mobil nömrələrimə baxış keçirdilər. Bütün bunların hansısa qərar əsasında mümkünlüyünü bildirsəm də, mənə heç bir qərar təqdim etmədilər.

1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41