Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Madriddə etirazlar başladı

İspaniyada parlamentin etiraz nümayişləri ilə əlaqədar təklif etdiyi qanun layihəsi etirazlara səbəb olub. Ötən gün paytaxt Madriddə baş tutan aksiyaya 5 minə yaxın fəal qatılıb. Əksəriyyəti tələbələrdən ibarət olan etirazçılar mərkəzi küçələrdə yürüş edərək qanun layihəsinin əleyhinə şüarlar səsləndiriblər.

Əvvəlcə dinc başlayan aksiya daha sonra təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmalarla nəticələnib. Tələbələr uzun müddət polislə əlbəyaxa olublar. Rəsmilərin sözlərinə görə, qarşıdurmaya səbəb tələbələrin polisə şüşə butulkalar atması və polis avtomobilinin şüşəsini qırması olub. Qarşıdurmalar zamanı polis dəyənəklə aksiyaçıları dağıtmağa çalışıb. Polis zorakılıq törədən bir neçə nəfəri həbs edib.

Yeni qanun layihəsinə əsasən, hökumət binaları qarşısında icazəsiz nümayiş keçirmək, ölkənin barağını yandırmaq və hökuməti təhqir etmək qanun pozuntusu hesab ediləcək və buna görə, 40 min dollar məbləğində cərimə tədbiq olunacaq.

Parlamentin hər iki palatasında hakim partiya nümayəndələrinin üstünlük təşkil etməsi ilə əlaqədar qanun layihəsinin qəbul olunacağı ehtimalı yüksəkdir.

Müxalifət rəhbərləri isə, yeni qanun layihəsini vətəndaşın söz və ifadə azadlığı hüquqlarının pozulması kimi dəyərləndibilər./ans/
1639 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 13: