Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

Qorxulu hakimiyyət və onun edə biləcəkləri

Azərbaycanda baş verən siyasi-sosial və mənəvi-ictimai gərginlik insanları illərlə yaşadığı vətənindən, doğmalarından, əcdadlarının məzarlarından, ən nəhayət arzularından imtina edərək ölkəni tərk etməsi ilə nəticələnir. Əvvəlki illərlə müqayisədə bu gün bu tendensiya daha çox aktuallaşıb. Ölkədəki siyasi rejimin yaratdığı sosial-iqtisadi və mənəvi gərginlik son dövrlərdə ən ağır həddə çatıb.

Xüsusilədə son bir il ərzində baş vermiş ikinci devalvasiya şoku növbəti dəfə manatın bir gecədə dollar qarşısında 47% dəyər itirməsi, insanlarda böyük çaşqınlıq və daha çox ümüdsüzlük yaratmışdır. Bütün bunlara baxmayaraq rejim yenədə üzərinə düşən heç bir sorumluluğu yerinə yetirmir. Düzdür, rejimin mahiyyəti heç də əvvəlki illərdən fərqli deyil. Fərqli olan yalnız insanların yaşayışında olan fərq və hər gün hakimiyyətə qarşı olan ümüdsüzlüyün, güvənsizliyin daha da artmasıdır. İnsanlar karrupsiyalı bir rejimdə nə qədər çətin yaşasalar da pul qazanmaq, müxtəlif yollarla ailəsini saxlamaq imkanlarına qismən də olsa malik idilər. İmkanların daraldığı və ümüdsüzlüyün artdığı bir məmləkətdə yaşamağın mürəkkəbliyini artıq insanlar yaxşı dərk edir. Rejimin yaratdığı və inkişaf etdirdiyi “Manqutlaşdırma Proqramı”mənəvi terror olmaqla yanaşı insanların ümüdsüzlüyünə və məhvinə gedən yolları sürətləndirir. İntihar, mühacirlik, qul bazarlarına üz tutanların artması və sair bu kimi hallarla nəticələnir.
Dövlətin təhlükəsizlik orqanları əvvəl bir cinayətkar dəstəni zərərsizləşdirir, sonra isə başqa birini yaradır. İstisna deyil ki, oxşar kriminal dəstələr yeni adlarla meydana gəlir. Çünki rejimin mahiyyəti qorxu üstündə bərqərar olduğundan, bu qayda ilə hakimiyyəti saxlamaq istəyi yeganə ümüddür. Lakin zaman və məqam özü bu günkü rejimin sürətlə əleyhinə işləyir. Düşən neftin qiyməti, baş varən son devalvasiya, məhv olmuş kiçik və orta sahibkarlıq sürətli ixtisarlar, artan işsizlik və eyni zamanda itirilmiş beynəlxalq nüfuz hakimiyyətin ömrünün azalmasını sürətləndirir. Artıq sadə vətəndaş da başa düşür ki, bu hakimiyyətlə Azərbaycanın gələcəyi yoxdur.
İnsanlar sürətli şəkildə ölkəni tərk edib müxtəlif “işıq gələn” tərəflərə üz tuturlar. Əvvəllər Azərbaycan vətəndaşları Rusiya və ya keçmiş sovet məkanına üz tuturdularsa, artıq oralar da ümüdsüz bir ocağa çevrilmişdir.
Ölkədə hər gün baş verən kriminal hadisələr, xüsusən rejim sahiblərinin amansız və kriminal davranışları insanlarda ciddi vahimə yaradıb. Əvvəllər insanlar bu cür davranışlara biganə yanaşırdılarsa, artıq bu gün rejimə yalnız təhlükə mənbəyi kimi baxırlar.
Günümüzün reallığı budur ki, Azərbaycan vətəndaşları müxtəlif yollarla ölkəni tərk edir, nicatını qərbdə xüsusən də Avropada axtarırlar.
Bu gün sabiq deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun media ilə müraciəti və ona qarşı hakimiyyətin reaksiyası gıstərdi ki, bu rejim azğınlığı ilə yanaşı həm də çox amansızdır. İnsanların susdurulması, mənən və fiziki olaraq məhv edilməsi hakimiyyətin əsas mahiyyəti və hədəfi olmuşdur.
Təbii ki, bu hadisələr çox davam etməyəcək. Bəzən insanlar hesab edirlər ki, bu cür hadisələrin baş verməsi bir təsadüfdür. Ancaq öyrəndiyimiz, yaşadığımız yaxın tarix göstərdi ki, rejimin aqressivliyinin artması, onun qorxması zəifləmənin göstəricisidir. Hakimiyyət başa düşür ki, yaranmış vəziyyət süquta xidnmət edir və bu onu daha da aqressivləşdirir.
Məsələn, dövlət orqanı adı altında, səlahiyyıtlərindən sui istifadə edən, vətəndaşları qorxu altında yaşadan, rəsmi adı “MTN”, mahiyyəti isə kriminal qruplaşmaların himayədarı olan, qurumun məhv edilməsi, əslində rejimin zəiflədiyinin əsas göstəricisi oldu.
Artıq ABŞ-ın sanksiya məsələsi, ardınca da Avropa ölkələrinin bu prosesə qoşulacağının şübhəsiz olduğunu bilən hakimiyyət normal düşüncədən məhrum olub, hisslərlə davranmaqda davam edəcək.
Artıq dövlət məmurlarının əksəriyyəti şəkərli diabet xəstəsi və bir qismi də qorxudan ankaloji xəstəliklərin daşıyıcısıdır.
Qorxutmağın, qorxaqlığın əsas şərti olduğunu nəzərə alsaq, artıq rejimin təlaşını və sonunun yaxınlaşdığını görmək üçün akademik yanaşmağa da ehtiyac yoxdur. Rejimə itaət edən və onun yaşamısını qorxaraq müdafiə edən məmurlar yəqin ki, hər gün bu suallara cavab axtarır. .
“Rejimi kriminal davranışları ilə möhkəmləndirən Eldar Mahmudova “qiymət verməyən” hakimiyyətin mənə göstərəcəyi münasibət, böyük dövlətlərlə gərgin münasibətin axırı, artan işsizlik və narazılıq, həyatımızı və ümüdümüzü bağladığımız neftin dəyərdən düşməsi, qazandığım haram pulların aqibəti, xaricdə olan mülklərin əldən çıxma risqi, manatın taleyi necə olacaq” deyə özlərinə sual edirlər.
Bu gün cəsarətli olsanız sabah yaşamaq və müdafiə edilmək imkanınız olar. Ancaq rejim sizə “Mahmudovun taleyini yaşadacaqsa” o zaman bütün hər şeydən məhrum olacağınız istisnasızdır.

Valeh Bayramlı/azadlıq
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51