Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2015

“Nardaran əməliyyatı”nda yaralananlar xəstəxanadan çıxarıldı - FOTOLAR

Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada yaralanan 3 nəfər yaralı Sabunçu Klinik Xəstəxanasından çıxarılıb. 

Polislə silahlı qarşıdurma zamanı yaralanan 1997-ci il təvəllüdlü Cahad Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Abduləliyev müalicələri başa çatdığı üçün xəstəxanadan çıxarılıblar. Lakin onların hara aparılması haqda dəqiq məlumat yoxdur.

Yaralıların hüquq-mühafizə orqanları tərəfindən xəstəxanadan çıxarıldığı bildirilir.

Qeyd edək ki, dekabrın 4-dən xəstəxanaya giriş-çıxış polis nəzarətində idi. Hətta bir neçə gün xəstəxanaya yalnız xəstələr buraxılırdı. 

Digər bir yaralı 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatovdan isə xəbər yoxdur. O, Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alırdı. 

Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir.

Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılanlar var./musavat/



1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53