Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Rəhim Qazıyev Rüfət Səfərovu aktiv mübarizəyə çağırdı

Keçmiş müdafiə naziri Rəhim Qazıyev Zərdab Rayon Prokurorluğunda tutduğu müstəntiq vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərova qəzetimiz vasitəsilə müraciət edib. R.Qazıyev keçmiş müstəntiqi başladığı aclıq aksiyasını dayandırmağa çağırır.

“Rüfət Səfərovun cəmiyyətdəki haqsızlıqlara etirazını böyük qürur hissi ilə alqışlayıram. Bu, gənclərimizdə azadlıq, demokratratiya, hüquqi dövlət sevgisinin təzahürüdür. Ən başlıca diqqət yetiriləsi məqam ondan ibarətdir ki, Rüfət bəy Azərbaycanın müstəqillik dönəmində formalaşan gənclərimizdəndir.

Amma onun aclıq keçirməsini çox acı təəssüf hissi ilə qarşilayıram. Bunu acizlik kimi qəbul edirəm. Ona görə ki, bu rejimin vətənpərvər, ədalətli gənclərə qarşı bir siyasəti var, imkanları olsa, uff demədən Rüfət kimi gəncləri məhv edərlər.

Bunu rejimin bütün iyrəncliklərinə bələd olan biri kimi, təcrübəmin və yaşımın imkan verməsinə görə deyirəm.

İkincisi, gənc bir hüquqşünas, hüququ tam mənası ilə başa düşən biri kimi Rüfət bəy bilməlidir ki, passiv mübarizə yolu tutulmamalıdır. Ətrafdakı dəhşətli stereotipləri dağıtmaq üçün aktiv mübarizə metodlarından istifadə edilməlidir. Rüfət bəy üçmərhələli imtahanlardan keçərək prokrorluq orqanlarında işləmış bir hüquqşünas kimi savadını və ağlını birləşdirib aktiv mübarizə yolu tutmalıdır.

Bu yolda Rüfət Səfərova və onun ardınca gedəcək gənclərə (inanıram ki, hakimiyyət orqanlarında minlərlə belə gənclərimiz var) uğurlar arzulayıram.

Məsləhətim odur ki, Rüfət bəy özünü qorusun, sağlamlığı və gələcəyimiz naminə aclığı dayandırsın”.
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber