Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

İraq ordusu Ramadi şəhərində İŞİD-ə qarşı irəliləyişə nail olub

İraq hərbi qüvvələri Ramadi şəhərinin bir neçə rayonunu "İŞİD" terrorçularından azad ediblər.
İraqın Anti-Terror Xidmətinin sözçüsü Sabah Əl-Nümani bildirib ki, döyüşlər hərbi hava qüvvələrinin köməyi ilə davam edir.
Gün ərzində Al-Bakr və Al-Dubat rayonlarında 35 İŞİD üzvünün öldürüldüyü, 14-ün isə tutulduğu qeyd olunur.
Şəhərin şimal hissəsində isə daha 18 terrorçunun məhv edildiyi qeyd olunur.
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber