Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Həyətə düşən qız anasının asılmış meyitini gördü

Balakən rayonunda intihar hadisəsi baş verib. 54 yaşlı qadın özünü asıb.

Balakən Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Poçtbinə kənd sakini, 1961-ci il təvəllüdlü Yasti Əli qızı Saxrayeva özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.

Onun asılı vəziyyətdə olan meyitini qızı həyətə girdiyində aşkarlayıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Dünyasını dəyişən qadının övladları Bakıda yaşadığı üçün intihar etdiyi evdə tək yaşayırmış.

Yasti Sarxayevanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Ölkəmizdə sonuncu intihar dekabr ayının 16-da Bakıda qeydə alınıb. 20 yaşlı qız özünü asıb./ans/
1075 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı