Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

MTN polkovnikinin intiharına heç kəs inanmır

MTN işi ilə bağlı həbs olunan məşhur Antiterror İdarəsinin müdir müavini İlqar Əliyevin həbsxanada özünü asaraq intihar etməsi bir çoxlarında şübhələr doğurub. Bu şübhələr siyasi müxalifətin tanınan simalarında da var. Nə baş verib ki, MTN-in mühüm bir postuna rəhbərlik edən şəxs özünü asıb? Bu, Azərbaycan nümunəsində demək olar ki, rast gəlinməyən hadisədir. Pənah Hüseyn musavat-a deyib ki, bunun intihar olduğuna inanmır:
"Azərbaycanda bir nəfər də olsun, inandımı ki, həmin şəxs həqiqətən könüllü intihar edib? Hətta həmin şəxs həqiqətən özü özünü asıbsa da, heç kəs buna inanmır, o cümlədən mən də inanmıram. Əgər həmin şəxsə qarşı irəli sürülən ittihamlar və onun törətdiyi əməllər barədə deyilənlər doğrudursa, bu tip adamların intihar etməsi mümkün deyil. Təcridxana da müasir standartlı, kameralarla təchiz edilmiş müəssisədir. O ranqdan təqsirləndirilən şəxsin də yanına hər təsadüfi adamı salmazlar. Yəni hadisənin intihar olmasına aid yüzdə - yüz inandırıcı faktlar ortaya qoyulmasa yuxarıdakı şübhələr də qalacaq. İndi mühüm olan odur ki, belə intiharların dalı gəlməsin. Bu işlə bağlı şəxslərin kompleks tibbi müayinədən informasiyalı keçirilməsi lazımdır ki, sabah kimsə ağır xəstəlikdən vəfat etməsin. Yoxsa idmançı olduğu deyilən şəxslərdən biri barədə mətbuatda gedən “ağır xəstədir” informasiyası istər- istəməz şübhələrə səbəb olmaya bilməz...
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı