Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Ərdoğana açıq hədə: "Bu dəliliyə son verməsəniz...»

Bir neçə gündür Türkiyənin dövlət əhəmiyyətli qurumlarının internet ünvanlarına qarşı həyata keçirilən kiberhücumların arxasında kimin dayandığı məlum oldu.

«Anonymous» adlı haker qrupu hücumlara görə məsuliyyəti üzərinə götürərək bunu Ankaranın İŞİD-ə dəstəyi ilə əlaqələndirib.

Qrup Türkiyəni hədələyərək bildirib ki, Türkiyə hökuməti İŞİD-ə dəstəyi kəsməyəcəyi təqdirdə, hücumlar davam edəcək.

Bundan əvvəl də İŞİD-ə savaş elan edən «Anonymous» Rusiyanın Ankaranın bu qruplaşmaya dəstək verdiyi ilə bağlı iddiasından sonra Türkiyəni də hədəfə götürüb və son bir neçə gündə bu ölkənin 40 min internet ünvanına kiberhücum təşkil edib.

Son xəbərdarlığında «Anonymous» Türkiyə hökumətinin ünvanına açıq hədələr səsləndirib: «Türkiyə neft almaqla və döyüşçülərini müalicə etməklə İŞİD-i dəstəkləyir. Ərdoğanın İŞİD-i dəstəkləməsini qəbul etməyəcəyik. Türk hökumətinə səslənirik – İŞİD-ə dəstəyi dayandırmasaz, internetinizə hücum edəcəyik, hökumət saytlarını çökdürəcəyik. Hava lmanlarınızı, əsgəri qurumlarınızı hədəfə götürəcəyik. Bank sisteminizin bazasını məhv edəcəyik. Bu dəliliyə son verin! Taleyiniz əlinizdədir».
1215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP