Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2015

Almaniyadan Türkiyəyə zərbə: “Patriot”lar çıxarıldı

Almaniyanın Türkiyədə yerləşdirilən “Patriot” zenit-raket kompleksləri dekabrın 22-də İskəndərun limanından yola salınıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə limandakı mənbə bildirib.

Daha əvvəl isə Berlin bildirmişdi ki, zenit-raket kompleksləri Türkiyədən 2016-cı ildə çıxarılacaq.

“Patriot” sistemləri Türkiyədə 2013-cü ildə ABŞ, Almaniya və Niderland tərəfindən yerləşdirilib. Sistemlərin yerləşdirilməsində əsas məqsəd sözügedən ölkələrin NATO üzrə müttəfiqləri olan Türkiyənin Suriya ərazisindən gələ biləcək istənilən raket zərbəsindən qorumaqdır.

Suriyada Rusiyanın hava əməliyyatının başlanmasından sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ittifaq zenit-raket batareyalarının Türkiyədən çıxarılmasının məqsədəuyğunluğu haqqında məsələyə baxa bilər. Amerika “Patriot”ları 2015-ci ilin oktyabrında Türkiyədən çıxarılıb./publika/
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi