Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

Taleh Qaraşov və oğlu Lənkəranda üsyan hazırlayır

Cənub bölgəsindən həyəcanlı xəbərlər

İcra başçısı ilə müavini arasında nədən narazılıq yaranıb?
Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşovla müavini İlqar Dadaşov arasında ciddi narazılıq yarandığı barədə məlumat yayılıb.

Taleh Qaraşovla birinci müavinin arasındakı problemin səbəbi icra başçısının oğlu Seymur Quliyev və onun obyektidir. Belə ki, Lənkəran icra başçısı rayon mərkəzində istifadəyə verilmiş Gənclər Mərkəzini oğlu Seymur Qaraşovun adına sənədləşdirərək həmin binanın rəhbəri vəzifəsinə şəhər təsərrüfat şöbəsinin müdiri Möhübbət Babayevin oğlunu təyin edib. Başçının birinci müavini İlqar Dadaşov da Gənclər Mərkəzinə öz adamını təyin etmək istəyirmiş. Lakin şəhər təəsrrüfat şöbəsi müdiri Taleh Qaraşova 15 min manat hesab verdikdən sonra icra başçısı onun oğlunun üzərində dayanıb.

Taleh Qaraşov öncə İlqar Dadaşovun namizədinə razılıq veribmiş, lakin son anda masasının üstünə qoyulan 15 min manat pul icra başçısını tamahlandırıb: "Son illər pul hərisliyinə tutulan icra başçısı ona verilən 15 min manatı gördükdən sonra birinci müavininə verdiyi sözü unudub. Bundan sonra isə Taleh Qaraşovla müavini arasında başçının kabinetində ciddi söz atışması olub. Taleh Qaraşov birinci müavinin vəzifəsindən çıxartmaqla hədələyib və ona xəbərdarlqı edərək deyib ki, haqqında Prezident aparatına şikayət edəcək. Ancaq İlqar Dadaşovda icra başçısına açıq şəkildə deyib ki. Prezident aparatına şikayət etsə, onda Taleh Qaraşov və oğlunun Lənkəranda etdiyi əməllərlə bağlı, faktlarla eyni quruma üz tutacaq. Birinci müavinin Taleh Qaraşovun ən zəif yeri olan övladları vasitəsi ilə vurması isə icra başçısını geri çəkilməyə məcbur edib. Bildirək ki, Lənkəran rayonunda Taleh Qaraşovun oğlanlarına məxsus xeyli obyektləri, villalar var. Bu villalardan biri də Lənkəranda turizm ərazisi kimi ad çıxarmış Xanbulan kəndinin yaxınlığındakı dəbdəbəli villadır. Həmin villanı icra başçısının necə əldə etməsini və fotolarını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik".

Bu arada Lənkərandan daha həyəcanlı xəbərlər gəlir. Məlumatlarda deyilir ki, Taleh Qaraşovun əməlləri sayəsində sosial problemlərin içində çabalayan Lənkəran əhalisi manatın son devalvasiyasından sonra üsyan etmək həddinə qədər gəliblər. Daha çox icra başçısının özbaşnalıqlarından hiddətlənən Lənkəran əhlinin yaxın günlərdə hansı addımları atacağını belə proqnozlaşdırmaq mümkün deyil. Çünki, rayonun ən yaxşı vəzifələrinə başqa regiondan olanların rəhbərlik etməsi və Taleh Qaraşovun faktiki olaraq sosial problemlərin həlli üçün heç bir iş görməməsi yerli əhalini hiddətləndirib.

Məlumatda deyilir ki, Lənkəranda baş vermiş daşqının fəsadlarının aradan qaldırılması üçün prezident İlham Əliyev tərəfindən ayrılan 4 milyon manat vəsaitin də taleyinin necə olduğu bilinmir...

Yaxın günlərdə Lənkəranda baş verənlərlə bağlı ətraflı araşdırmamız olacaq. Bizi izləyin./Obyektiv/
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber