Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

Qırğızıstan Prezidenti: “Ankara üzr istəməlidir”

Türkiyənin Rusiya təyyarəsini Suriyada vurması səhv idi.

Bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.

Onun sözlərinə görə, rəsmi Ankara bu hərəkəti üçün Rusiyadan üzr istəməlidir.

Qırğızıstan prezidenti hesab edir ki, bu faciəvi səhv həm Türkiyə, həm Rusiya xalqları üçün bədbəxtlik gətirdi:

“Məsələni Putinlə və Ərdoğanla müzakirə etmişik. Təyyarənin 17 saniyə Türkiyə ərazisində olması 20 il ərzində qurulan münasibətləri təhlükəyə atmaq üçün əsas deyil. Elə vaxtlarımız olub ki, qonşu ölkələrin müxtəlif aparatları ölkə üzərində saniyələrlə yox, saatlarla uçuş aparıblar. Amma onlara atəş açmamışıq. Bizə sülh lazımdır”.
1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23