Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

“Cənubi Osetiyadakı “İsgəndər-M” raketləri hara tuşlanıb?

Cənubi Osetiyada yerləşdirilən raket kompleksləri birbaşa Gürcüstan üçün nəzərdə tutulmayıb.

Bunu Gürcüstan mətbuatına açıqlamasında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze söyləyib. Onun sözlərinə görə, regionda qüvvələr balansını təkcə Rusiyanın Cənubi Osetiyada yerləşdirdiyi “İsgəndər-M” raket kompleksləri pozmur:

“Regionda balans dəfələrlə Rusiya tərəfindən pozulub. Raket komplekslərinin çox konkret və dəqiq zərbə endirmək funksiyası var. Burada yerləşən qruplaşmalar Gürcüstana təhlükə yaratmaq üçün başqa imkanlara da malikdirlər. Məncə, Cənubi Osetiyadakı komplekslər uzağa hesablanan planın bir hissəsidir. Hətta bizim qonşularımız arasındakı istənilən gərginlik və ya regiondakı qüvvələrin balansının istənilən dəyişikliyi bütün regiona və Gürcüstana təhlükə yaradır”.

Qeyd edək ki, bir müddət öncə Cənubi Osetiyanın Djave rayonuna Rusiya tərəfindən “İsgəndər-M” raketlərinin yerləşdirilməsi haqqında məlumat yayılıb.
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber