Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

2015-ci ildə Azərbaycanda 76 hərbi qulluqçu dünyasını dəyişib

"Xəzər" hərbi tədqiqatlar institunun (Caspian Defense Studies Institute) Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələrinə görə, 2015-ci ilin ötən dövründə (23 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 76 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 37-si döyüş (34-ü erməni gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkiləridir.

Belə ki, 8 nəfər intihar edib, 11 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 4 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 25 hərbi qulluqçumuz bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.

"Xəzər" hərbi tədqiqatlar institutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir.

“Xəzər” hərbi tədqiqatlar institutu 2014-cü ildə Almaniyada yaradılıb. Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, eyni zamanda Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda baş verən prosesləri təhlil etmək, strateji proqnozlar hazırlamaqdan ibarətdir.
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:54