Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

Bakıda “qiymət qiyaməti”: bütün məhsullar azı 50 faiz bahalaşdı

Dekabrın 21-də manatın məzənnəsində baş verən 48 faizlik devalvasiya daxili bazarda ciddi təlatümə səbəb olub. Dünən də ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə qalxıb. Belə ki, dünən 1 ABŞ dolları 1.5523 manatla əvəzlənib. Dollarla yanaşı, avronun da dəyəri yüksəlib.

Çörəyin qiyməti qalxdı – 50 qəpik

Aparılan araşdırma göstərir ki, mağazalarda “zavod çörəyi” kimi tanınan un məmulatı istehlakçılara müxtəlif qiymətlərə və ən əsası müxtəlif çəkidə təklif olunur. Məsələn, “Can” çörək istehsalı müəssisəsində istehsal olunan çörək istehlakçılara 33 qəpiyətəklif edir, lakin çörəyin çəkisi 420 qramdır.

“Xəzər” çörək zavodunun istehsalı olan çörək paytaxtın iri mağazalarından birindəalıcılara 39 qəpiyə satılır. Həmin çörəyin çəkisi isə 534 qramdır.

Xatırladaq ki, Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən bu cür çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır.

Bazardakı tendensiya onu göstərir ki, qiyməti artırmayan çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır.

Məlumat üçün qeyd edək ki, istehsalçı tərəfindən mağazalara çatdırılan çörəyin qiymətinin üzərinə 3-4 qəpik əlavə olunur.

“Sərham” MMC-nin (Bakıxanov çörək zavodu) direktoru Sərvər Məmmədov bildirib ki, unun qiymətinin artması çörəyin bahalaşmasını zəruri edir: “Hazırda unun bir kisəsinin qiyməti 25-26 manat təşkil edir, əvvəllər isə 18 manat idi. Bu, çörəyin qiymətinə də təsir edəcək. Ola bilər ki, biz çörəyin qiymətinin artırılmasını deyil, çəkisini azaltmağı seçək”.

Iri un istehsalçıları deyir ki, devalvasiyaya qədər kisəsi 18-18,50 manata olan unun kisəsi hazırda 25-27 manata satılır.

Ölkənin ən böyük un istehsalçılarından biri olan “Karat Holding”in baş direktoru Taleh Qasımov bildirib ki, manatın devalvasiyası unun qiymətindəki artımı qaçılmaz edib: “Biz unu istehsal etmək üçün buğdanı tamamilə xaricdən gətiririk və dollarla alırıq. Bu səbəbdən məhsulumuzun qiyməti avtomatik olaraq qalxır. Bu, qaçılmazdır və digər idxalçı şirkətlərdə də baş verəcək. Bunun qarşısını almaq mümkün deyil. Buğda Rusiyadan, Qazaxıstandan idxal edilir. Unun istehsalı bu gün bizə 47% daha baha başa gəlir. Əgər əvvəl bu bizə 18 manata başa gəlirdisə, biz 18 manata satırdıq. Bu gün isə25 manata başa gəlirsə, biz onu da 25 manata satırıq. Biz marja, qazanc güdmürük. Bu ilin fevral ayından heç bir qazanc əldə etmirik”.

T.Qasımov əlavə edib ki, bundan sonra unun qiyməti artmayacaq.

Gəncə şəhərində fəaliyyət göstərən “Neon”un istehsalı şirkətinin rəhbəri Arif Həsənov da unun qiymətinin artdığını təsdiqləyib: “Devalvasiyadan əvvəl unun bir kisəsinin qiyməti 18,50 manat idisə, hazırda 26,20 manat təşkil edir. Buna səbəb dolların bahalaşmasıdır. Gələcəkdə dollar bahalaşarsa, unun qiymətində də artım olacaq. Çünki, şirkət buğdanı xaricdən dollarla alır” (APA).

Azərbaycanda siqaretlərin yeni qiymətləri

Bir neçə günlük tərəddüdlərdən sonra Azərbaycanda siqaretlərin yeni topdan vəpərakəndə satış qiymətləri müəyyənləşib. Bu barədə məlumatıÿsiqaret satışı ilə məşğul olan şəxslər veriblər.

Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50% bahalaşıb. Son devalvasiya daha çox siqaret qiymətlərinə təsir edib.

Qeyd edək ki, bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdiu.

“European Tobacco Baku” şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.

Artıq yeni qiymətlər məlumdur və bu gündən etibarən bütün mağazalarda siqaretlər standart qiymətə satılır.

Əlavə edək ki, bəzi siqaretlərdə topdansatış qiymətləri müəyyənləşsə də, pərakəndəsatış qiymətləri hələlik qeyri-müəyyəndir.

Dəmiryolu qiymətləri bahalaşdı

“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.

Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib. N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB vəBaltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası Isveçrə frankıdır: “Isveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir”.

Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen vəRostova hərəkət edir (“Trend”).

Yumurtanın qiyməti bahalaşıb

“Azərbaycanda istehsal olunan quş ətinin qiyməti hələ ki, dəyişməsə də yumurtanın qiyməti artıq 25 faiz artıb”. Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

O bildirib ki, devalvasiyaya qədər müəssisələrdə yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq: “Yumurtanın qiymətində hazırda 25 faiz artım var. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Hazırda toyuq ətinin qiymətləri hələ ki, 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdır”.

A.Vəliyev xatırladıb ki, quşçuluq müəssisələri istehsal üçün lazım olan bütün xammalı, avadanlığı xaricdən gətirir: “Müəssisələr üçün lazım olan dərman preparatlarının, yeməlavələrinin, lazım olan avadanlığın 100 faizi başqa ölkələrdən alınır. Yemin isə 80-85 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur”.

A.Vəliyevin sözlərinə görə, məsələni həll etmək üçün ilk növbədə yem problemi həll olunmalıdır. Onun sözlərinə görə, müəssisələrə yem istehsal edə bilmələri üçün torpaq sahələri ayrılarsa, problemi çözmək olar. O bildirib ki, bu məsələ ilə bağlı illərdir müvafiq qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb (“Report”).

Toyuq əti də bahalaşacaq

A.Vəliyev toyuq ətinin də qiymətinin bahalaşacağını deyib. “Son vaxtlar toyuq ətinətələbat azaldığından satış az həyata keçirilib. Odur ki, ölkədə olan toyuqlar əvvəl alınanlardır. Onlar satılıb bitdikdən sonra təbii olaraq toyuq ətinin qiymətində dəbahalaşma olacaq”, deyə A.Vəliyev vurğulayıb.

Banklar manatı rubla dəyişməkdən imtina edir

Azərbaycan bankları manatı rubla dəyişməyi və rublla pul köçürmələrini dayandırıb. Banklar “Sputnik” agentliyinin müxbirinin rublla pul köçürmək istəyini rədd ediblər.

Bu hal 3 bankda təkrar olunub. Banklardan bildiriblər ki, onlarda rubl yoxdur,əməliyyatı isə ya manat, ya da dollarla apara bilərlər.

Bank sektorundakı mənbə agentliyə bildirib ki, rublun manata nisbətən məzənnəsi artdığı üçün banklara rublla nağd ödəniş etməmək tapşırığı verilib.

MB-nin rəsmi məzənnəsinə görə 1 rubl 0,0219 manat təşkil edib. Manatın devalvasiyasından sonra rubl manata nisbətən 0,92 faiz möhkəmlənib.

1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber