Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2015

Rusiyada azərbaycanlı biznesmen oğurlandı, 10 mln tələb edilir

Rusiyanın Tolyatti şəhərində oğurlanan azərbaycanalı iş adamına görə, pul tələb edilib. Kamal Quliyev oğurlanıb.

43 yaşlı K.Quliyev "Olimp" idman kompleksinin avtodayanacağından qaçırılıb. Bu hadisə dekabrın 18-də baş verib. Dekabrın 21-də isə oğurluq hadisəsi ilə bağlı cinayət içi açılıb.

O, 7 yaşlı oğlunu məşqdən götürmək üçün idman kompleksinə gəlib. Lakin bundan sonra ondan xəbər çıxmayıb. Sonradan iş adamının ВМW Х6 markalı maşınının yanında saatı və qohmuş düymələr tapılıb. Bu isə onunla qarşı tərəf arasında mübarizə olduğunu sübut edir.

İş adamının mobil telefonu və çantası isə Tolyattidə yaşıl zona adlanan ərazidən tapılıb.

Onu qaçıranlar artıq qohumları ilə əlaqə saxlayıblar. İş adamının azad edilməsi müqabilində isə 10 milyon avro tələb edilib.


Qaçırılan azərbaycanlı iş adamı

Rusiya mətbuatında yer alan məlumata görə, iş adamının görkəmi, onun bahalı maşını onu qaçıranları çaşdıra bilər. Lakin K.Quliyevin son illərdə işləri o qədərdə uğurla getməyib. Onun oyun biznesi ilə məşğul olan "Kokos" salonu olub. Lakin son zamanlar gəlirləri kəskin azalıb. Bu məbləğin ödənməsi isə qeyri-real görünür.

Qeyd edək ki, K.Quliyev bir neçə il əvvəldə oğurlanmış, külli miqdarda pul müqabilində azad edilmişdi.
2007-ci ildə Samara məhkəməsi iş adamlarını, o cümlədən K.Quliyevi oğurlamış şəxslər barəsində hökm çıxarıb. Dəstədə Məmmədov soyadlı iki azərbaycanlı da olub.
Onlar qurbanlarını seçir, onlar haqqında informasiya toplayır.

Onların qaçırdıqları arasında 43 yaşlı Vaqif Malikov da olub. İş adamı avtomobil satışı ilə məşğul olub. O, 2004-cü ilin dekabr ayında qaçırılmışdı. Onun azad edilməsi üçün dəstə 200 min dollar, sonra isə 80 min dollar tələb edib. Oğrular 15 min dollar verərək Malikovun meyitini götürə biləcəkləri barədə qohumlarına xəbər veriblər. Amma sonradan onun meyiti belə tapılmayıb.

Drobota dəstəsinin adı daha bir bənzər halda - Fikrət Məmmədovun oğurlanmasında hallanıb. O, da Malikov kimi maşın satışı ilə məşğul olub. 12 gün girov qalan iş adamı 130 min dollar müqabilində azad edilmişdi.

Dəstənin tapılmasının ə cazalandırılmasının uzun çəkməsinə səbəb isə qaçırılan iş adamlarının yaxınlarının polislə əməkdaşlıq etmək istəməməsi səbəbindən olub.

Maraqlısı odur ki, daha öncə qaçırılan Fikrət Məmmədov və Kamal Quliyev "Manqo" MMC-nin (daşınmaz əmlak icarəsi ilə məşğul olan şirkət) və "Rales" (restoran və kafe şəbəkəsi) təsisçiləri olublar. Bundan başqa onlar digər qaçırılan iş adamlarından biri David Qiyas oğlu Babayevlə birlikdə "BC" (inşaat) şirkəti də qurublar./ans/
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44