Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

"Şərq bazarı"nın qarşısında 21 yaşlı gənc güllələndi

Bakıda 21 yaşlı gənc güllələnib. Hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Emil Sülfi oğlu mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır./apa/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber