Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Hizbullah xristianların keşiyində - FOTOLAR

Bir neçə gün sonra miladi təqvimilə yeni il başlayır. Müharibə xarabalıqları və infrastrukturun dağılmasına baxmayaraq, Hizbullah mücahidləri Suriyanın xristian əhalisinin təhlükəsizliyini qorumağı özlərinə borc bilirlər.
Nuraz.in-in General Hacı Qasim Süleymaninin saytına istinadla verdiyi məlumata əsasən, bir daha sübut oldu ki, müharibənin bərpa olunmayan bütün fəsadları, Qərb ölkələri və regionun mürtəce başçılarının külli miqdarda sərmayə qoymalarına baxmayaraq, insanlar arasına güllə gücünə ayrılıq yaratmaq mümkün olmayıb.
Müqavimət qüvvələri ötən illərdə də Suriyanın bir neçə xristian rayonunu, o cümlədən əhalisi dünyada yeganə "arami" dilində danışan Məlula tarixi rayonunu terrorçulardan təmizləmişdir.
Ən-Nüsrə cəbhəsi, İŞİD, Ceyş əl-İslam və s. qrupların terrorçuları ötən beş ildə xristian şəhərlərinə hücum edərək, bu şəhərləri qarət etməklə yanaşı xristianların müqəddəs yerlərini də dağıtmışlar. Bütün bunlar "İnsan Haqları Müdafiəçiləri" iddiasında olan ölkələrin sükutu ilə yanaşı oldu.
Aşağıdakı fotolar Livanın Hizbullah hərəkatının Dəməşqlə Livan sərhədi arasında yerləşən Səydənaya və Məluladakı Suriya xristianları ilə birgə olduqlarını göstərir.






1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber