Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Prezident 30-40 uşağı övladlığa götürəcək

Uruqvay prezidenti Xose Muxika özünün prezidentlik müddəti bitdikdən sonra öz rayonunda 30-40 uşağı övladlığa götürəcək. Ans-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu o, yerli mətbuata müsahibəsində bildirib.

"Mən evimdə yaşamaları üçün yoxsul 30-40 uşağı övladlığa götürmək istəyirəm",- deyə Muxika bildirib. Bunun nə zaman baş verəcəyi sualına o "məni sıxan bu kostyumu əynimdən çıxaranda",- deyə cavab verib. 78 yaşlı Muxikanın prezidentlik dövrü 2015-ci ildə bitir.

Bundan əvvəl, yerli KİV-ə müsahibəsində o, prezidentlikdən sonra adi kənd həyatına qayıtmaq istədiyini bildirib. Hətta, bazarda gül satacağını da istisna etməyib.

Muxika Latın Amerika ölkələrinın prezidentləri arasında ən ekstrvaqant və təvazökar insanlardan biridir.
1578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:10