Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

İraq baş naziri: "Ramadidən sonra Mosul işğaldan azad ediləcək"

İraq ordusu İŞİD-in işğal etdiyi Ramadi şəhərində nəzarəti təmin etmək üçün əməliyyata başlamasından sonra, aralarında İŞİD rəhbərlərinin də olduğu xeyli sayda terrorçu şəhərdən qaçmağa başlayıb. Bağdad rəhbərliyi Ramadinin işğaldan azad edilməsilə Mosul əməliyyatının başlayacağı mesajını verib.
Sputnik xəbər verir ki, Ənbar əyalətinin Polis sözçüsü Yasir Əl Dulaimi İraq ordusunun Ramadidə əməliyyata başladığı gündən etibarən çox sayda İŞİD rəhbəri və yaraqlısının əllərində qalan rayonların şərq hissəsindəki Sufiyə və Şəcəriyyə istiqamətində qaçdıqlarını deyib. Əl-Dulaimi şəhərin işğaldan azad edilməsi üçün əməliyyatın var güclə davam etdiyini dilə gətirib.
İraq baş naziri Heydər Əl-İbadi də əməliyyatlarla bağlı mühüm mesaj verib: "Ramadidə qələbədən sonra bütün iraqlıların əməkdaşlığı və birliyi ilə Mosul da azad ediləcək"./deyerler/
1230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02