Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Mağazanı yarıb “nisyə dəftəri”ni apardılar

Samuxda mağazadan oğurluq edilib.

Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Kənd sakini Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını, içəridə olan malların dağıldığının şahidi olub.

“Çağırılmamış qonaqlar” ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.

Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər “nisyə dəftəri”ni aparmaqla onları müflis etmək məqsədi güdüb./azadlıq/
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...