Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2015

Salyanda aksiya: 300 neftçi maaşlarının kəsilməsinə etiraz edir

“Salyan OİL” Əməliyyat Şirkətinin 300-ə yaxın fəhləsi bu gün şirkətin Kərimbəyli kəndindəki ofisinin qarşısına toplaşaraq xəbərdarlıq aksiyası keçirib.

Aksiya iştirakçılarının verdikləri məlumata görə, aksiyaya hələlik iş növbəsində olmayan neftçilər qoşulub ki, neft hasilatı dayanmasın.

Problem isə ondadır ki, artıq iki aydır “Salyan OİL” şirkətinin çinli baş meneceri Shan Lianzhengin əmri ilə şirkətdə işləyən 1000 nəfərə yaxın işçinin əməkhaqqı qənaət adı ilə 33 faiz kəsilib.

“Bu isə bütün neft əməliyyat şirkətləri arasında onsuz da daha az əməkhaqqı alan “Salyan OİL” neftçilərinin məvacibini minimuma endirib. İş hətta o yerə çatıb ki, ağır əmək şəraitində çalışan neftçilərin bəzilərinin aylıq əməkhaqqı 300-400 manata düşüb” – deyə aksiyaçılar virtualaz.org saytına bildirib.

Fəhlələr deyir ki, əgər söhbət qənaətdən gedirsə, sahibkar olan çinlilər əvvəlcə özlərindən başlasınlar: “İş o yerə çatıb ki, Azərbaycanda 50 qəpiyə olan iş əlcəkləri də Çindən guya 10-15 dollara alınır. Bizim əsas tələbimiz isə odur ki, kəsilmiş 33 faiz əməkhaqqımız bərpa olunsun və bütün baş verən mənfi işlərin təşəbbüskarı olan şirkətin əməliyyat üzrə meneceri Gao istefa versin. Əgər irəli sürülmüş tələblər yerinə yetirilməsə, növbəti aksiyamız daha geniş olacaq, işdə olan neftçilər də işi dayandırıb aksiyaya qoşulacaqlar”.

2 saata yaxın çəkən aksiyadan sonra etirazçı neftçiləri “Salyan OİL” Əməliyyat Şirkətinin baş meneceri Shan Lianzheng qəbul edib. O, söz verib ki, yanvar ayının 15-ə kimi problem müzakirə edilərək qərar qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlanıb. “Azərbaycan Respublikasında “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 15 dekabr, 1998-ci ildə ARDNŞ, “Frontera Resorses” və “Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb və 22 aprel, 1999-cu il tarixində qüvvəyə minib. “Salyan OİL Ltd.” əməliyyat şirkəti inquş neft maqnatı Mixail Qutseriyevə məxsusdur./virtualaz/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın