Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2013

Misirdə referendum keçiriləcək

Konstitusiya komitəsinin sədri Əmr Musa Müsəlman Qardaşlığı və Məhəmməd Mursi tərəfdarlarını “Misirin gələcəyi naminə marş”da iştirak etməyə çağırıb

Siyasət Misirdə ölkənin yeni konstitusiya layihəsini hazırlanmış 50 üzvlük komitənin sədri Əmr Musa həmvətənlilərini gələn ay keçiriləcək ümumilli referendumda iştirak etməyə çağırıb. Ans-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, bir vaxtlar ölkənin xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa mətbuat konfransında bildirib ki, konstitusiya komitəsinə üzvlük üçün Müsəlman Qardaşlığı partiyasına təklif göndərsələr də, qarşı tərəf bu təklifi rədd edib. Bununla belə, o, Müsəlman Qardaşlığı və sabiq prezident Məhəmməd Mursi tərəfdarlarını “Misirin gələcəyi naminə marş” kimi qələmə verdiyi referendumda iştirak etməyə səsləyib:

“Heç bir ayrıseçkilik yoxdur. Onlar bu prosesdə iştirak etmək üçün referenduma maraq və qətiyyət göstərməli, gəlməli, öz qərarlarını verməlidirlər”

Əmr Musa konstitusiyanın bütün fəsillərinin və maddələrinin mülki hökümət sisteminin, sivil idarə üsulunun qurulmasına xidmət etdiyini vurğulayıb.

Yeni konstitusiya layihəsi ötən il Mursi hakimiyyəti zamanı islamçılardan ibarət komitənin hazırladığı layihənin kəskin düzəlişə məruz qalmış variantıdır. Yeni konstitusiya layihəsinin qəbulu prezident Mursini hakimiyyətdən kənarlaşdırmış ordu komandanı general əs-Sissinin iyul ayında elan etdiyi yol xəritəsinin ilk mərhələsi sayılır. Misirdə Mursi höküməti devrildikdən sonra müsəlman qardaşlığı hərəkatının tərəfdarları şəhərlərdə müntəzəm olaraq etiraz aksiyaları keçirir. Müsəlman Qardaşlığı hərəkatı hələ ki, tərəfdarlarını yanvarın 14-15-ə nəzərdə tutulmuş referendumu boykot etməyə çağırmayıb. Boykot çağırışı olmasa belə partiyanın tərəfdarlarını səsvermədə iştirak etməyə ,sadəcə konstitusiya dəyişikliyinin əleyhinə səsverməyə çağıracağı istisna edilmir.
1558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber