Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

İŞİD Yərmuku Suriya ordusuna təhvil verir

İŞİD terror təşkilatı Suriyadakı Yərmuk qaçqın düşərgəsini BMT-nin vasitəçiliyi ilə Hökumət qüvvələrinə təhvil verir.

İŞİD terrorçuları düşərgədən ayrılmağa başlayıb.

BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşmaya görə, İŞİD üzvlərinin etibarlı şəkildə Rakkaya keçməsinə icazə veriləcək. Razılaşmanın məqsədi Yərmukun yenidən təhlükəsiz bölgəyə çevirmək və düşərgədə 18 min qaçqına humanitar yardım çatdırmaqdır.

Qeyd edək ki, İŞİD aprel ayında düşərgənin böyük hissəsini ələ keçirib. Yərmukun müxtəlif hissələri həm də “Ən-Nüsra” Cəbhəsi, hökumət qüvvələri və ordu əleyhdarı olan fələstinli qrupların nəzarətindədir.

Yərmuk 1948-ci ildəki Ərəb-İsrail müharibəsində evlərini tərk edən qaçqınlar üçün qurulub. Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlanmasından əvvəl düşərgədə 150 min nəfər qalırdı./axar/
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı