Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

“Ceyşul-İslam” terror qruplaşmasının lideri öldürüldü - Foto

Suriyanın ən böyük müxalif qruplarından olan "İslam Ordusu"nun komandiri Zehran Alluş paytaxtı Dəməşqdə təşkil edilən hava hücumu nəticəsində həlak olub.

Hava hücumu Rusiya qırıcıları tərəfindən həyata keçirilib.

Məlumata görə, hücum anında Zehran Alluş "İslam Ordusu"nun terrorçularının yüksək rütbəli komandirləri ilə təşkilatının qərargahında görür keçirirmiş. Yerli mənbələr bildirir ki, aviazərbənin endirildiyi vaxt qırıcının səsi eşidilməyib. Bu isə qırıcının yüksək hündürlükdən zərbə endirdiyi təxmin etməyə əsas verir.

Rusiyanın “Sputnik” xəbər agentliyi də hücumun Rusiya tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Qeyd edək ki. Alluş 2009-cu ildə hökumət tərəfindən azadlıqdan məhrum edilmişdi. Bəşər Əsədin 2011-ci ildə verdiyi əfvdən faydalanan Alluş Səudiyyə Ərəbistanında olan atasının dəstəyi ilə İslam Ordusunu terror dəstəsini qurub. Hökumətə qarşı döyüşən təşkilat Dəməşqin bir sıra bölgələrdə əhəmiyyətli qələbələr qazanıb.

“Reuters” agentliyinə danışan iki döyüşçü hücumda "İslam Ordusu"nun ikinci adı olan Felak əl-Rahmanın ağır yaralandığını bildirib.

aloush


1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:24