Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf etdi

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) sabiq prezidenti, FİFA-nın vitse-prezidenti uruqvaylı Euxenio Fiqeredo rüşvət aldığını və çirkli pulların yuyulması ilə məşğul olduğunu etiraf edib.

Bu barədə prokuror Xuan Qomes bildirib.

Dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinən E.Fiqeredo dekabrın 24-də İsveçrədən Uruqvaya ekstradisiya olunub. Onu vətənində 2 ildən 15 ilədək həbs cəzası gözləyir.

“1993-ci ildən etibarən, KONMEBOL-un icraiyyə komitəsinə üzv olduğu vaxtdan E.Fiqeredo böyük məbləğdə pul alıb. Daha sonra isə həmin pullar müxtəlif korrupsiya üsulları ilə yuyulub”, deyə X.Qomes qeyd edib.

83 yaşlı E.Fiqeredo mayın 27-də İsveçrənin Sürix şəhərində korrupsiyada şübhəli bilinərək saxlanılıb. Euxenio Fiqeredo 1997-2006-cı illərdə Uruqvay Futbol Assosiasiyasının, 2013-2014-cü illərdə KONMEBOL-un prezidenti, 2014-cü ildən FİFA-nın vitse-prezident olub.
1493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP