Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

Devalvasiya ölkənin bütün sahələrinə zərbə vurub

Oqtay Haqverdiyev: «Ölkə idxaldan asılı olduğundan devalvasiya əksər sektorlara təsir edib»

2015-ci il ərzində baş verən iki devalvasiya hadisəsi ölkə iqtisadiyyatına ciddi zərbə vurub. Qiymətlər artıb, bahalaşma baş verib, böhran vəziyyəti yaranıb. Ən ciddi ziyan çəkən sahələrdən biri bank sektorudur. Dollarla krediti olan əhalinin vəziyyətindən isə danışmağa da dəyməz. Çünki vəziyyət hamıya bəllidir.

Bir ilin içində baş verənlərə nəzərən, görəsən, sonuncu devalvasiya daha hansı sahələri çökdürəcək?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, dollarla işləyən, xaricdən maşın, mexanizm, avadanlıq və texnika idxalıyla məşğul olan müəssisə və şirkətlər sonuncu devalvasiyadan ciddi zərbə alacaq.

Ekspert istehsal edilən məhsulun maya dəyərinə uyğun hesablamalar aparıldığını və məlum devalvasiyanın zərbəsinin hansı nəticələr verəcəyinin buna əsasən olacağını qeyd edir: “Ümumilikdə həmin məhsulların hansı qiymətə olacağı bu amildən asılıdır. Bütün sahələr dolayısıyla və ya birbaşa idxalla məşğul olur. Yerli şəraitdə avadanlıqlar, texnologiya istehsalı yoxdur. Bütün bunlar idxal məhsullarıdır və ölkəyə gətirilməklə istehlakçılara çatdırılır. Istehlak bazarında qiymətlər artdığından bundan insanlar əziyyət çəkir. Ona görə də devalvasiya sonunda insan faktoruna zərbə vurub”.
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber