Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

Heydər Əsədovdan rüsvayçı açıqlama

Nazir kənd təsərrüfatının inkişafı kimi 52 inzibati binanın tikilməsini göstərir

Bildiyiniz kimi, 2015-ci il “Kənd Təsərrüfatı ili” elan olunmuşdu. Məntiqlə bu il bu sahədə ciddi nəaliyətlər əldə olunmalıydı. Amma bu ilə kənd təsərrüfatı sahəsi daha bərbad vəziyyətə düşdü. Hətta kartof-soğana olan tələbatı da yerli istehsal hesabına ödəməkdə acizik.

Kənd Təsərrüfatı nazirinin verdiyi məlumata görə, sahəsində subsidiyaların verilməsi ilə bağlı şəffaflığı təmin etmək üçün bu vaxta qədər Nazirlər Kabineti 31 qərar qəbul edib, parlamentdə 6 qanun təsdiqlənib, dövlət başçısı 9 fərman imzalayıb. Təsəvvür edin ki, bu qədər fərmanın, qərarın, qanun layihəsinin heç bir əhəmiyyəti olmayıb. Bütün bu faərmanlar, qərarlar büdcədən pul silməyə xidmət edib. Yazımızın əsas məqsədi də məhz bu məqama diqqət çəkməkdir.

“52 rayonda inzibati bina tikib bitirmişik və gələn ilin ilk rübündə təhvil veriləcək. Elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə bütün institutlar birləşdirilərək 8 universitet yaradılıb”. Bu sözləri Kənd Təsərrüfatı naziri Heydər Əsədov söyləyib.

Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, bu ölkədə bütün sahələrin inkişafı həmin sahədəki tikintilərlə ölçülür. Təhsil Nazirliyi məktəb binasının, Səhiyyə Nazirliyi xəstəxana binasının tikilməsiylə öyünür.

Indi də Kənd Təsərrüfatı naziri deyir ki, 52 rayonda inzibati bina tikmişik. Azərbacanda belə tikililərin necə və neçəyə başa gəldiyindən əksəriyyət xəbərdardı. Əminliklə demək olar ki, bu 52 inzibati binaya 10 milyonlar xərclənib. Daha doğrusu bu binaları tikmək üçün 10 milyonlar silinib. Dəhşətlisi budur ki, büdcədən Kənd Təsərrüfatının inkişafına 40 milyon vəsait ayrılıb. Belə çıxır ki, bu sahəyə ayrılan vəsait bütövlükdə bina tikintisinə sərf olunub. Hansıki, bu məğbləğ kənd təsərrüfatının real inkişafına sərf olunsaydı, xeyli müsbət nəticə əldə edilərdi .

Amma hökumət üçün əkinçiliyin, maldarlığın yox, tikintinin inkişafı önəmlidir. Çünki, vəsait real işlərə sərf olunanda mənimsəmə səviyyəsi az olur. Ona görə də bütün nazirliklər tikməyə daha çox həvəslidir.

Bir sözlə, Heydər Babayev etiraf edir ki, kənd təsərrüfatına qayğı, daş hörməkdən ibarətdir. Həmin 52 binada isə kartof, taxıl, süd, yağ istehsal etmək mümkün deyil. Həmin binalarda oturub, idxal edilən kənd təsərrüfatı mallarını bölüşdürmək olar. Bəli, “Kənd Təsərrüfatı ili”nin kənd təsərrüfatına heç bir aidiyyəti olmadı.

Samir
1268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55