Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

Bir kilo gilas 98 manat

Dolların məzənnəsi qalxdıqdan sonra bütün ölkə boyu qiymət artımı davam etməkdədir. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 30-80 faiz bahalaşma müşahidə olunur. Bakıda "Sahil" metro stansiyasının yaxınlığında yerləşən dükanların birində isə yay meyvəsi olan gilasın 0,5 kiloqramı 48 azn-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.

Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:

"Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur".

Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar. Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib./Hafta/


1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...