Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2015

ABŞ-ın qanlı statistikası: 13 min ölü

2015-ci ildə ABŞ-da baş verən silahlı insidentlərin statistikası yayılıb.

Sona çatmaqda olan ildə 51 mindən çox silahlı hücum hadisəsi baş verib. Nəticədə 13 min insan həlak olub, 26 min nəfər isə yaralanıb.

Bu hücumlarda 0-17 yaş arasında 281 adam həyatını itirib, eyni yaş qrupunda 2 min 989 adam yaralanıb.

Polis yalnız 4 min 256 hadisəyə müdaxilə edə bilib. Təsadüf nəticəsində isə bu ölkədə bir il ərzində 864 nəfər öldürülüb.

2014-ci ildə isə 51 min 775 silahlı hücumda 12 min 574 adam həlak olub, 23 min 38 adam isə müxtəlif bədən xəsarətləri alıb./axar/
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber