Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

Oturub, ümidini ona bağlayıb ki, neftin qiyməti qalxacaq, işlər düzələcək

AXCP sədri üçüncü devalvasiya təhlükəsindən yazdı; hökuməti təcili anti-böhran proqramı həyata keçirməyə çağırdı

AXCP sədri Әli Kərimli ikinci devalvasiyadan sonra da manatın məzənnəsini saxlamaq üçün valyuta rezervindən xərcləmələrin olduğuna diqqət çəkərək, qarşıda dava ağır devalvasiyanın yaşanacağı haqda xəbərdarlıq edir. Әli Kərimli bu barədə feysbuk səhifəsində paylaşdığı yazıda hökumətin üçüncü devalvasiyanın qarşısını almaq üçün təcili anti-böhran proqramı həyata keçirməli olduğunu bildirib.

Manat ikinci devalvasiyadan sonra da ucuzlaşmaqda davam edir. Mərkəzi Bankın devalvasiyadan sonra da manatın kursunu saxlamaq üçün 300 milyon dollar xərcləməyə məcbur olması, bu gün yaşanan dollar qıtlığı, günün sonunda 1 dolların artıq 1.60 manata satılması bilirsiniz, nədən xəbər verir?

Əvvəla, bu o deməkdir ki, manatı artıq indiki məzənnədə də saxlamaq mümkün olmayacaq. Mərkəzi Bankın rezervləri bu gedişlə manatı hətta indiki kursda cəmi 3-4 ay saxlamağa kifayət edər. Hökumət isə rezervlərin tam olaraq tükənməsini gözləməyəcək. Deməli, ikinci devalvasiyanın ağrısını hələ tam hiss etməmiş, üçüncü və daha ciddi devalvasiyaya hazırlaşmalıyıq.

Bəs niyə belə oldu? Manat niyə bu qədər sürətlə iflasa uğrayır? Manatın iflasının iqtisadi səbəbləri haqda son günlər çox yazmışıq. Amma məncə, hazırda manatı iqtisadi səbəblərdən daha çox siyasi və psixoloji səbəblər sıxır. Az-çox pulu olan adamlar gördülər ki, hökumət nəinki böhranı idarə etmək iqtidarında deyil, heç nə baş verdiyini, ölkənin nə qədər dərin böhrana düşdüyünü də anlamayıb. Oturub, ümidini ona bağlayıb ki, neftin qiyməti qalxacaq, işlər düzələcək. Vəziyyəti dəyişmək üçün heç bir proqram təklif edə bilmir. Manata olan ümidlərin itməsi daha çox hökumətə inamın tam sarsılması ilə bağlıdır. Ekstrimal vəziyyət hakimiyyətin nə qədər aciz və bacarıqsız olduğunu çılpaqlığı ilə ortaya çıxarıb. Ağır iqtisadi böhran şəraitində vətəndaşlar taleyin ümidinə buraxılıb. İnsanlar hökumətin indiki vəziyyətdən çıxış yolu tapa biləcəyinə inanmadığından, əlinə düşən manatı dollara çevirməyə çalışır.

Nə baş verir? Yəni doğrudanmı İlham Əliyevin ətrafında bu böhranı adekvat qiymətləndirib, çıxış yolları təklif etmək iqtidarında olan adamlar yoxdur? Yoxsa, İlham Əliyev özü belə adamları eşitmir?

Hazırda hakimiyyətin bir nömrəli işi dollar ajiotajını aradan qaldırmaq olmalıdır. Onun üçün isə hökumət təcili şəkildə, inandırıcı anti-böran proqramı elan etməli və dərhal da icrasına başlamalıdır. Anti-böhran proqramının əsas tezislərini növbəti yazıda yazacağam.
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı