Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

Tanınmış vəkil "Kapital bank"ı məhkəməyə verir

Tanınmış vəkil Qurban Məmmədovun "Kapital bank"ın bankomatında üzləşdiyi problemlə bağlı məlumat vermişdik.

“"Kapital bank" bu gecə mənim ailəmi ac qoydu” başlıqlı yazıya "Kapital bank"dan reaksiya verilərək bildirilmişdi ki, Qurban Məmmədovun qaldırdığı məsələ artıq öz həllini tapıb:

“Kart bankın Nərimanov rayon filialı tərəfindən bankomatdan çıxarılıb və onun sahibi Qurban Məmmədova bu haqda xəbər verilib. Qarşı tərəf isə kartın ona lazım olmadığını və ləğv etdiyini bildirib".

Tanınmış vəkil açıqlamasında bankdan verilən məlumatın yalan olduğunu dedi:

"Yalan deyirlər, heç bir problem həll edilməyib. Həmin bankomat yerində durur. Gedin şəklini çəkin. Görün orada hansısa formada bankomatın iş üsulu haqqında məlumat asılıbmı, varmı? Məsələn, kart saxlanıla bilərmi, hansı halda saxlanıla bilər? Kart 3 gündən sonra qaytarılacaqsa, bu müddətdə vətəndaş, məsələn, xəstələr, pensiyaçılar kartlarından pulu necə çəkə bilərlər? Yaxud da, niyə 3 günə? və s. Buna "üzrü günahından betər" deyilir.

"Kapital bank" növbəti dəfə yalan danışır.

Bankın nümayəndəsi mənə zəng edərək nə desə yaxşıdır: kartı, məhz mənə görə, istisna olaraq, bir gün içində çıxardıqlarını, kartımı geri götürə biləcəyimi deyəndən sonra, təklif edir ki, gedim banka, mənə qarşı diqqətsizlik edən adamları göstərim.

Guya mən telefonun o biri başında kimin mənimlə danışdığını bilməliyəm.

Girişdə kameralar, qəbulda polisin kimliyi, telefona həmin anda cavab verən işçilərin kimliyi özlərinə yaxşı məlum ola-ola, yenidən guya məni ələ salırlar. Bu bank, bu əxlaq millət üçün təhlükəlidir.

Mən vətəndaşlarımıza müraciət edirəm: əmanətlərinizi, ailənizin çörək pulunu riskə atmayın.

Bir gün, həyatınız üçün vacib olan bir məqamda kartınız "Kapital bank"ın bankomatları tərəfindən müsadirə edilə bilər.

3 gün ərzində (həmin gün bir vətəndaş bildirdi ki, onun kartını 78 gündən sonra qaytarıblar) isə kartınızı ala biləcəyiniz həm qanunsuzdur, həm də xəyaldır. Mənə görə istisna lazım deyil. Mənim arzum bütün millətimin hüququnun eyni qaydad qorunmasıdır".

Qurban Məmmədovun sözlərinə görə, "Kapital bank"ı məhkəməyə verəcək:

"Kartı Benəlxalq bankda ləğv etdirdim.Yenisini sifariş verdim. Çünki bu daha tez üsuldur. "Kapital bank"dan da kartımı qanuni qaydada alandan sonra məhkəməyə müraciət edib mənəvi ziyanımı tələb edəcəyəm və çalışacağam ki, başqa vətəndaşlarımızın da, xüsusilə də, xəstələrin, pensiyaçıların bu problemi yaşamaması üçün, məhkəmə xüsusi qərardad qəbul eləsin"./AzToday/
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08