Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

Ərdoğanın yerinə kim olsaydı, sözünü tutub istefa verərdi

Kremllə Ankara arasında yaşanan gərginlik özünün yeni mərhələsinə qədəm qoymaqdadır. Hadisələrin gedişi göstərir ki, proseslərin indiki məcrada davam etməsində maraqlı olan Rusiyanın əsl niyyəti Ankarada fərqli qüvvələrin hakimiyyətə gəlməsidir. Elə bu məqsədlə Rusiya Türkiyəyə təkcə iqtisadi yox, həm də hərbi təzyiqlər göstərir. Bilindiyi kimi, Rusiya Türkiyə ətrafında hərbi qüvvələr cəmləşdirir. Həmçinin Suriyada Türkiyəyə yaxın qüvvələrin Rusiya tərəfindən daha intensiv şəkildə vurulması prosesi davam etdirilir.

Qeyd edək ki, Suriya üzrə beynəlxalq vasitəçilər qrupunun Nyu-Yorkda keçirilən görüşü nəticəsiz başa çatdığından və terrorçu təşkilatların vahid siyahısını tərtib etmək mümkün olmadığından, Rusiya istənilən qruplaşmanı bombalamaq hüququnu özündə saxlayır. Türkiyə Rusiyanın “Su-24″ təyyarəsini vurandan, Rusiya isə “Hmemymim” bazasında “S-400″ zenit-raket kompleksləri yerləşdirəndən sonra Rusiya Suriyanın şimalında faktiki olaraq uçuşsuz zona yaradıb. Bu da türk aviasiyasının fəaliyyətsiz qalması ilə nəticələnib. Bununla Moskvanın Ankaraya təzyiqləri getdikcə güclənir.

Belə bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edib. Rusiya XİN-nin sözçüsü Türkiyənin İŞİD-lə ticarət əməkdaşlığı apardığını və prezident Rəcəb Tayyib Ərdoğanın da bunun sübut edildiyi təqdirdə istefa verəcəyi barədə açıqlamasını xatırladıb. Mariya Zaxarova deyib ki, Rusiya Türkiyənin İŞİD-lə əməkdaşlığını sübut edib və Ərdoğan sözünü tutub istefa verməlidir: “Ərdoğan demişdi ki, əgər Rusiya İŞİD-lə Türkiyənin ticarət əməkdaşlığını sübut edərsə, mən istefa verəcəm. Biz onsuz da bunu sübut etmişik. Hətta Danimarkanın “Rystad Energy” şirkəti də Türkiyənin neft qaçaqmalçılığı ilə məşğul və İŞİD-lə əlaqələrinin olduğunu sübut edən sənəd yayımlayıb. İndi növbə Ərdoğanındır. Onun yerinə kim olsaydı, sözünü tutub istefa verərdi. İndi Ərdoğanın kreslosunda vəziyyət necədir, onu öyrənmək istərdik”.
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi