Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

PKK İstanbuldakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Dekabrın 24-nə keçən gecə İstanbuldakı “Sabiha Qökçen” hava limanında törədilən partlayışa görə məsuliyyəti PKK-nın qolu olan “Kürdüstan azadlıq şahinləri” qruplaşması öz üzərinə götürüb. Bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.

Kürdüstan azadlıq şahinləri” dekabrın 23-nə keçən gecə “Sabiha Qökçen” hava limanını minaatanlardan atəşə tutduqlarını iddia edirlər. Qeyd edək ki, partlayış nəticəsində yaralanan iki xadimələrdən biri ölüb. Başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

Qeyd edək ki, “Kürdüstan azadlıq şahinləri” qruplaşması PKK təşkilatının bir qoludur.
1458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP