Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2015

Qəddar Əlluşun arzusu özü ilə qəbirə gömüldü! - VİDEO

Ceyş əl-İslam terrorist qrupunun komandiri Zəhran Əlluşun Suriyada məhvindən sonra dərhal ictimai şəbəkələrdə ölümündən qabaq şiələri təhqir edərək yenidən Şama Bəni-Üməyyə hakimiyyətini qaytaracağı barədə təhdid videolenti yayılıb. O, bu lovğayana çıxışında şiələrin istəsələr də, istəməsələr də, Şamda həmin hakimiyyəti bərpa edəcəyini bildiribmiş. Səudiyyə Ərəbistanı törəməsi olan bu qəddar ürəyi kin dolu vəhabi ünsürün boğazından şiələrə qarşı tez-tez belə ifadələr səslənirmiş: “Ey alçaq rafizilər! O zaman Bəni-Üməyyə sizin başlarınızı əzdiyi kimi, indi də, Şamın əhalisi sizin beyninizi dağıdacaq, sizi Allah qiyamətdə ən pis əzaba düçar etməzdən əvvəl bu dünyada ondan pisini başınıza gətirəcəkdir...”
Son xəbərlərə əsasən, bu azğın ünsür keçən bu cümə günü Rusiyanın hava hücumları nəticəsində Dəməşqin şərqində məhv edilib.
Əlluşun 1960-cı ildə çox ifratcıl bir ailədə dünyaya gəldiyi bildirilir. Atası Suriyada İxvan əl-Muslimin cərəyanının ən fəal başçılarından olub. O, özü Dəməşq Universitetinin İslam Maarifi fakültəsini bitirib və təhsilini təkmilləşdirmək üçün Ərəbistana mühacirət edib. Orada qatı vəhabi şeyxlərinin nəzarəti altında azğın vəhabi təfəkkür tərzinə yiyələndikdən sonra yenidən Suriyaya qayıdıb. Vətənə qayıtdıqdan sonra Dəməşq ətrafı məntəqələrdə təbliğat apararaq kiçik terrorist qruplarının təşkilinə başlayıb. Elə bu fəaliyyətlərinə görə, 1987-ci ildən Suriya təhlükəsizlik orqanlarının diqqətini cəlb edərək daim təqibdə olub. Nəhayət, bir terror əməliyyatında yaxalanaraq 2009-cu ildə həbs edilib. Bununla belə 2011-ci ildə prezident Bəşşar Əsədin ümumi əfv sərəncamı nəticəsində güzəştə gedilən bir çoxları ilə bərabər o da, yenidən azadlıq əldə edib. Bundan sonra o, partizan döyüş metodları ilə əlaqədar xüsusi təlim alaraq bir sıra fars körfəzi ölkələrinin himayəsi altında İslam Ordusu terrorist qrupunun başçılığını öhdəsinə alıb. Onun Türkiyəyə səfərləri, Ərdoğan başda olmaqla bu ölkənin kəşfiyyat orqanları ilə sıx əlaqəsi olduğu bildirilir.

Nuraz.in/alalam 


1897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı